Lənkəranda doğuş zamanı uşaq ölüb.
Unikal.org bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Masallının Həsənli kənd sakini 1997-ci il təvəllüdlü Kəmalə Vəlişova Lənkəran RMX-da qeysəriyyə yolu ilə əməliyyat olunan zaman körpə ölüb. Ölümün səbəbləri məlum deyil.
Fakt araşdırılır.