CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 53,3 dollar/barel təşkil edib ki, bu da cümə axşamı gününə olan göstəricidən 0,82 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 52,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 11-də 50,48 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 11-də 51,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.