Gədəbəy rayonunun Söyüdlü kəndində su hövzəsinə baxış keçirilib və orada 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat barağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) unikal.org-a verilən məlumata görə, silah-sursatlar daşınması mümkün olduğuna görə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ümumilikdə agentlik tərəfindən 01 yanvar - 13 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 6 763 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 695 877 kv.m ərazi (718 093 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.