Zaqatala rayonu, Aşağı Tala kəndində yanğın hadisəsi olub. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.