Penitensiar Xidmətin Baş İdarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Hüseynov Tural Qədim oğlu ilə qısamüddətli görüşə gələn Rusiya vətəndaşı olan dayısı Əsədov Mübariz Əbülfət oğlu və bacısı Samux rayon sakini Hüseynova Aytən Qədim qızı tərəfindən gətirilən sovqata və əşyalara baxış keçirilən zaman vətəndaş A.Hüseynovaya məxsus əl çantasının içərisində gizlədilən 1 ədəd "Samsung markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Faktla bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsində araşdırma aparılır.