Azərbaycan Ordusunun aprelin 2-də cəbhə xəttində gerçəkləşdirdiyi uğurlu döyüş əməliyyatlarında öldürülmüş Ermənistan Ordusunun hərbçilərinin meyitlərini əks etdirən yeni görüntülər yayılıb.
Sosial şəbəkələrdə yer alan fotolarda səngərlərdə öldürülmüş erməni hərbçilərinin meyitləri açıq görünür. Erməni hərbçilərinin meyitləri Azərbaycan Ordusunun nəzarətindəki ərazilərdədir.
Qeyd edək ki, Füzuli-Cəbrayıl istiqamətində təkcə Lələtəpə yüksəkliyində Ermənistan Ordusuna məxsus möhkəmləndirilmiş mövqelərdə 21 erməni hərbçisinin meyitinin qaldığı bildirilir. Hərbçilər birinci eşalon müdafiə mövqelərində çox sayda erməni əsgərinin meyitinin qaldığını bildirirlər.