Bakıda kütləvi dava olub.

Unikal.org  "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Belə ki, Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.