Rusiyanın "Lukoil şirkəti Türkiyədə sərmayələrini artırmaq və ortaq investisiya üçün SOCAR-la danışıqlara başlayıb.
Unikal.org bildirir ki, bu barədə "Lukoilin satış müdirinin köməkçisi Vadim Vorobyov açıqlama ilə çıxış edib.
O, qeyd edib ki, Türkiyədəki şirkətlərlə əməkdaşlığa hazırdılar: "Türkiyənin neft məhsulları bazarı "Lukoil üçün strateji əhəmiyyət daşıyır. Burada bazar payımızı artırmaq üçün davamlı olaraq yeni variantlar; araşdırırıq. "SOCAR la ortaq investisiya fürsətlərini qiymətləndiririk. Bu istiqamətdə müəyyən təkliflər almışıq. Hazırda bu təklifləri dəyərləndirilməsi prosesi gedir".