Azərbaycan prezidenti İlham Əliyev Bakının "Ağ şəhər adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, bu məqsədlə "Azərsu Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.