CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 53,8 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 53,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 14-də 50,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 14-də 51,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.