"Facebook" istifadəçiləri onların səhifələrinə yoluxmuş pornovirusdan şikayət etməyə başlayıblar.
Unikal.org lent.az-a saytına istinadən məlumata görə, akkaunt sahibləri deyiblər ki, hazırda onların şəxsi səhifələri sındırılıb və spam yaymağa başlayıblar.
Şəbəkə istifadəçiləri deyib ki, ilk öncə müştərilərə pornoqrafik məzmunlu video məlumatlar göndərilib. Bir çox istifadəçilər təhlükəsiz olmayan veb-resusrsa keçmək qərarına gəliblər.
İstifadəçilərin belə bir təcrübəsi ona gətirib ki, onların şəxsi akkauntları spam yaymağa başlayıb. Sosial şəbəkənin xəbər lentində çılpaq şəkillər peyda olmağa başlayıb.
Hazırda sosial şəbəkənin tərtibatçıları bu virusların haradan gəldiyi və necə yayıldığı sualına cavab verə bilmirlər. Ancaq tezliklə istifadəçilərin bütün narahatlıqları aradan qaldırılacaq.
Tərtibatçılar həmçinin istifadəçilərə xatırladıb ki, öz cihazlarının təhlükəsizliyi üçün naməlum resurslara daxil olmaq lazım deyil.