İspaniyanın məşhur "Marca" nəşri seperatçı bölgələri təmsil edən futbol komandaları haqqında məlumat hazırlayıb.
Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, yazıda Azərbaycan təmsilçisi "Qarabağ"a da yer verilib.
Belə ki, prineyli həmkarlarımız Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edib:
"Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən "Şerif" tabe olmadığı Moldova, "Qarabağ"da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır".