Prezident İlham Əliyev Ə.Ə.Ələkbərovun "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əsgər Əyyub oğlu Ələkbərov "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilsin".