Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında finala vəsiqə qazanıb.

Unikal.org-un məlumatına görə, 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.

Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə, həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşəcək.

Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12), mübarizəni dayandırıb.