Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.