Agdərə rayonunda xəndək qazan bir qrup hərbi qulluqçuya başçılıq edən kapitan və polkovnik-leytenant ağır yaralanıb.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, hər iki hərbi qulluqçu hospitala yerləşdirilib. Məlumata əsasən zabitlərdən biri Arsen Hovakimyandır.
Hadisə ilə bağlı araşdırma aparılır. İctimaiyyətdən gizlədilən hadisənin guya atəşkəs rejiminin pozulması nəticəsində baş verdiyi iddia edilir.