Türkiyənin paytaxtı Ankarada xanımından boşanmaq üçün ərizə verən U.Ö adlı ər məhkəməyə qeyri-adi "dəlil" təqdim edib.
Unikal.org qadinlar.biz-ə istinadən bildirir ki, xanımı ilə yola getməyən ər boşanmaq üçün məhkəməyə müraciət edib. U.Ö xanımının ona qarşı soyuq olduğunu söyləyərək, həyat yoldaşının 7 ay əvvəl evi tərk etdiyini bildirib.
Ər məhkəməyə içərisində porno video olan CD təqdim edib. U.Ö "O murdar, əxlaqsız videodakı mənim xanımımdır. Səsindən və corabından tanıdım", - deyib.
Şikayət edən ərin iddialarına əsasən, məhkəmə prosesi ertələnib. Araşdırma aparılır.