Yaranmış "fors-major" vəziyyətlə əlaqədar olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq viza qəbulunu həyata keçirə bilmir.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya səfirlikdən məlumat verilib.
Bildirilir ki, uzunmüddətli Şengen vizalar (D) üçün ərizəçilər Macarıstanın Tbilisidəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər: "Hazırda səfirlik yaranmış "fors-major" vəziyyətdən öncə olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında yenilənir. Ərizəçilər konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər.