Soçidə Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında görüş keçirilib.

Unikal.org xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dair məsələlər müzakirə edilib.

"Biz siyasi dialoqu intensiv şəkildə davam etdiririk, iqtisadiyyat, təhlükəsizlik və hərb işi sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Biz. həmçinin beynəlxalq təşkilatlar və birliklər çərçivəsində aktiv əməkdaşlıq edirik, - Putin deyib.