Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Teymur Hüseynov idarə etdiyi "Renault markalı maşınla yolu keçmək istəyən, 1967-ci il təvəllüdlü Fazil Hüseynovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Sürücü hadisə baş verəndən sonra qaçsa da, həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.