Çempionlar Liqasının qrup mərhələsində "Qarabağın rəqibi olan "Atletiko öz Tvitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, təbrik mesajında deyilir:

"İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq".

Qeyd edək ki, "Atletiko" "Bakı" klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib. "Qarabağ" Çempionlar Lqiasının qrup mərhələsində "Çelsi", "Atletiko Madrid" və "Roma" klubu ilə mübarizə aparacaq.