Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Qarabağ klubunu Çempionlar Liqasının qrup mərhələsinə adlaması münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə Çavuşoğlu  "Twitter" səhifəsində yazıb:

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol klubunu təbrik edirik".