Türkiyədə iti ağacdan asdılar.

Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib. Belə ki, şəhərin Osmanqazı qəsəbəsində yaşayan şəhər sakinlərindən biri evə gələrkən Rottvayler cinsindən olan itini yerində tapa bilməyib.

Qonşularından şübhələnən şəxs iti axtarmağa başlayıb. Evin arxasındakı tarlaya gedən qadın orada gördüklərindən dəhşətə gəlib. O, ərazidə itin cansız bədəniylə qarşılaşıb.

Sahibi itinin  məftillə asıldığını görüb və köpək onun gözləri qarşısında can verib.