"Qarabağ klubu loqodan istifadə ilə bağlı bəyanat yayıb.
Unikal.org kluba istinadən xəbər verir ki, bəyanatda aşağıdakılar qeyd olunub:
""Qarabağ FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.
Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək "Qarabağın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, "Qarabağ FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinqə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır.