Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

"VAZ markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.