CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 53,88 dollar/barel təşkil edib ki, bu da ötən çərşənbə gününə olan göstəricidən 0,24 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 53,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 24-də 50,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 24-də 51,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.