Manatın devalvasiyasından sonra ölkə iqtisadiyyatında problemlərə yol açdı. Çətinliklər dalğası ilk növbədə ölkənin bank sekorunu ağuşuna aldı. Bəzi banklar bağlandı, bir neçəsi birləşdirildi. Məsələni daha da dərinləşdirən isə problemli kreditlərin artması oldu.
Bəs, hazırda vəziyyət necədir? Bank sektorunun yarası sağalmağa, yoxsa ağırlaşmağa doğru gedir?

Kreditləşdirmə isə olmadan bankların sağlamlığından söhbət açmaq yersizdir. Ancaq, problem, necə deyərlər, əsas dərd yalnız bundan ibarət deyil.Üstəlik, vaxtı ilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişməkdə davam edir. Cari ilin iyul ayının 1-nə 1739,8 milyon manat kreditin ödəmə vaxtı keçib. Kredit portfelinin az qala 20 %-dən çox hissəsi problemlidir. Bu yandan da, əhalidən əmanətləri üzrə faizləri ödəmək tələb olunur. Odur ki, vəziyyət olduqca kritikdir.
Hələ yaxşı ki, hökumətin Beynəlxalq Bankla əlaqədar siyasəti, başqa sözlə desəm, könüllü restruktizasiya planı uğurlu alındı. Yəni, bu bank bağlanmadı. ABB bağlanmalı olsa idi, bütün bank sektoru çökə bilərdi".
P.Heydərov bildirib ki, bank sektorunu düşdüyü vəziyyətdən xilas etmək lazımdır: "Məlumdur ki, 2015-cil 21 fevral dekabr devalvasiyalarından sonra 13 bank bağlanıb - 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Real olaraq, mövcud banklardan 20-dən çoxunun vəziyyəti heç də o bağlanmış bankların vəziyyətlərindən geri qalmır. Lakin ucdantutma hamısının bağlanmasına yol vermək olmaz axı.... Sektoru mütləq düşdüyü vəziyyətdən xilas etmək lazımdır.
Ancaq bankları bu durumdan çıxartmaq tezliklə baş tutan məsələ də deyil. Çünki bunun üçün gərək, iqtisadi aktivlik bərpa oluna.... Kreditə tələbat yarana... Alış-veriş sürətlənə... Banklar tərəfindən kreditləşdirmə 2014-cü ilədək olan vəziyyət qayıda.... Eyni zamanda, problemli kreditlər məsələsi də həllini tapmalıdır. Bu məsələnin həlli uzandıqca, "yara böyüyür"".
Həsən Babayev