Veteran hücumçu David Villa üç ildən sonra yenidən İspaniya milli komandasına çağırılıb.
Unikal.org bildirir ki, "Nyu York" futbol klubunda oynayan 35 yaşındakı ulduz oyunçu milli komandanın 2014 Dünya Kubokunda göstərdiyi yetərsiz oyundan sonra beynəlxalq futbolu tərk etmişdi.
Lakin Villa yenidən milli komandaya çağrılıb. O, İtaliya və Lixtenşteynə qarşı Dünya Kuboku seçmə oyunlarında Dieqo Kostanı əvəzləyəcək.
İspan milli komandasının baş məşqçisi Yules Lopeteqi oyunçu haqqında "O, bizə cəsarət verir" deyib.
Villa milli komandada 97 matçda 59 qol vuraraq İspaniyanın ən çox qol vurmuş oyunçusu seçilib.
Çağırışdan əvvəl Villa deyir: "Milli komandamızın hər zaman arzusundaydım, amma çətindir.
"Üç il bundan əvvəl onlar məni çağırmadılar. Amma mən yenidən milli komandanın formasını geymək arzusunda idim və bu mənim ağlımdan çıxmırdı".
"Çelsi"nin müdafiəçisi Markos Alonso milli komandaya düşə bilməsə də onun komanda yoldaşları Alvaro Morata, Sezar Azpilikueta və Pedro 26 nəfərlik heyətə daxil edilib.
Milli komandaya "Mançester Yunayted"in qapıçısı David De Hea və "Mançester Siti"dən David Silva da çağırılıb.