Las-Veqasda (ABŞ) amerikalı boksçu Floyd Meyvezerlə MMA döyüşçüsü irlandiyalı Konor Makqreqor arasında çoxdan gözlənilən görüş baş tutub. 

Unikal.org-un məlumatına görə, görüş Floydun qələbəsi ilə başa çatıb - bu onun 19 il məğlubiyyətsiz karyerasının 50-ci qələbəsi olub. 29 yaşlı Makqreqor ilk raundlarla üstün görünsə də Meyvezer dördüncü raunddan üstünlüyü ələ alıb və texniki nakautla qələbə qazanıb. 

Hakim görüşü saxlayıb və Floydu qalib elan edib.