Müğənni Bengü bu dəfə yeni fotosessiyası ilə gündəmə gəlib.
 
Unikal.org xəbər verir ki, Hürriyət qəzetinə müsahibəsində Bengü sevgilisizliyindən də şikayətlənib.

O, hər yerə sürücüsü ilə getdiyini və bu səbəbdən sevgilisinin olmadığını qeyd edib:

"Bütün dostlarım bilir. Hər an sürücümə zəng vurub "Alo, Özcan bəy, qapıya gələ bilərsiniz" deyirəm. Özümü qoruyuram. Amma belə necə sevgili tapacağımı inan bilmirəm".