Azərbaycan Boks Federasiyası Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında yığmanın üzvü Lorentso Sotomayorun hakim haqsızlığı nəticəsində məğlubiyyəti ilə əlaqədar rəsmi qaydada şikayət verib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev TASS-a bildirib.
O deyib ki, 1/8 finalda rusiyalı Pyotr Xomukovla kolumbiyalı Xorxe Vivas Palasiosun döyüşünü idarə edən ədalət təmsilçiləri də səhvə yol verdikləri üçün dünya çempionatından kənarlaşdırılmalıdırlar. U.Kremlev P.Xomukovun uduzduğu görüşlə əlaqədar şikayət verdikərini söyləyib: "Biz etiraz verdik və hakimləri kənarlaşdırmağı tələb edirik. Bunu belə qoymaq olmaz, əsl hakim özbaşınalığıdır. Azərbaycanın da hakimlərlə bağlı etirazı var.
Qeyd edək ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Lorentso Sotomayor 1/8 final mərhələsində misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə Azərbaycan boksçusu hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalib.
Avqustun 25-də start götürən dünya çempionatı sentyabrın 2-dək davam edəcək.