Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, dövlət komitəsi avqustun 29-da baş tutacaq hərraca 6 ədəd nəqliyyat vasitəsi çıxarılacaq.
1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət Mühafizə Xidmətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik: