FETÖ-çülərin istifadə etdiyi ""Bylock" sosial şəbəkəsinin istifadəçisi olduğuna görə saxlanılan Türkiyə milli komandasının keçmiş qapıçısı Ömər Çatkıç barəsində həbs qərarı çıxarılıb.
Unikal.org-un hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, bu barədə prokurorluq məhkəməyə təqdimat verib.
Ö.Çatkıçın bir neçə il öncə FETÖ-çülərin bankı olan Bank Asiyaya 1 milyon dollar pul köçürdüyü iddia edilir.
Qeyd edək ki, Ö.Çatkıç 1992-1993-cü ildə Türkiyə millisində forma geyinib.