Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedəcək.
Unikal.org xəbər verir ki, ikinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.
Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)
Qadınlar
52 kq
1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)
1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.