"Fənərbağça" heyətinə daha bir futbolçu qatıb.
Unikal.org xəbər verir ki, "sarı-lacivərtlilər" "Zenit"in müdafiəçisi Luis Neto ilə anlaşıblar.
29 yaşlı futbolçu artıq İstanbula yollanıb. Portuqaliyalı oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Neto 2013-cü ildən "Zenit"in formasını geyinirdi.