Avropada 2016/2017 mövsümünün ən yaxşı qolu müəyyənləşib.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, "Yuventusun hücumçusu Mario Mandzukiçin Çempionlar Liqasının finalında "Reala vurduğu qol qalib olub.
Belə ki, xorvatiyalı hücumçunun imza atdığı qol azarkeşlər arasında keçirilən sorğuda 26 faiz səs toplayıb.
Mussa Soun "Fənərbaxçanın "Mançester Yunaytedlə oyununda vurduğu qol 25 faiz səs toplayaraq, ikinci olub.
İlk "üçlüyü isə "Realın yarımmüdafiəçisi Kasemironun "Napoli"yə vurduğu qol (20 faiz) tamamlayıb.