Türkiyənin 30 avqust - Zəfər bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər.
Unikal.org-un məlumatına görə, əvvəlcə şəhidlikdəki abidə önünə əklil qoyulub. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra səfir Şəhidlik dəftərini imzalayıb.
E. Özoral yazdıqlarını ucadan oxuyub. O qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb: "Bu əzmkarlığın azalmadığını ötən il dünyaya bir daha göstərdik. Bu əzmkarlıq eyni güclə davam edəcək".