Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.
Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.