Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov uzun zamandan sonra sükutunu pozub.

Unikal.org xəbər verir ki, iki gün əvvəl Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edilib.

Bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən tədbirə müxalif partiyaların rəhbərləri də qatılıb.

Nədənsə heç bir tədbirdə görünməyən Etibar Məmmədov və digər bu kimi şəxslər Azərbaycanda prezident seçkiləri öncəsi aktivlik nümayiş etdirir və daha çox mətbuatda görünməyə başlayırlar.