"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazar öz transfer qiyməti barədə fikrini bildirib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu bunları deyib:
"Transfer qiymətim nə qədər olardı, bilmirəm. Bəlkə, 300 milyon avro? Hər şey bazarın vəziyyətindən asılıdır. Neymar braziliyalıdır. O, məndən 1 yaş kiçikdir və "Barselona"da oynayırdı. Transfer qiyməti müqavilədən və bir sıra detallardan asılıdır.
Düzü, öz qiymətim barədə düşünməmişəm. Baxmayaraq ki, Neymarın gedişindən sonra "Barselona"ya keçmək maraqlı ideyadır. "Çelsi" xoşuma gəlir. Burada 6-cı mövsümü keçirirəm və həzz alıram. Kriştianu Ronaldu məni öz varislərindən biri adlandırıb. Deməli, futboldan yaxşı anlayır. Ronaldu kimi insandan belə söz eşitmək xoşur. O, dünyada, bəlkə də futbol tarixində ən güclü oyunçulardan biridir".