Amerika fond bazarında Dow Jones indeksi 0,25% - 21 948,10 bəndədək, S&P 500 0,57% - 2 471,65 bəndədək, NASDAQ isə 0,95% - 6 428,66 bəndədək bahalaşıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,89% - 7 430,62 bəndədək, Almaniya DAX-ı 0,44% - 12 055,84 bəndədək, Fransa CAC-40-ı isə 0,58% - 5 085,59 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,00 dollar artaraq 1 325,20 dollara, gümüş isə 0,06 dollar artaraq 17,63 dollara satılıb.