Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoliyə və Vanessa D-™Ambrosioya təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".