Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Qurban bayramı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə zəng açıb.

Unikal.org-un "ahaber.com.tr saytına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Azərbaycan prezidenti və xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri olan R. T. Ərdoğan prezident İlham Əliyevlə telefon danışığı zamanı Nepalın Myanmar bölgəsində müsəlmanların durumu ilə bağlı da müzakirə aparıb və Myanmar böhranına son qoyulması üçün islam ölkələrinin əməkdaşlığının zəruri olduğunu söyləyib.