Bu ilin sentyabrın 6-da Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu Azərbaycana gələcək.

Unikal.org-un məlumatına görə, səfərin məqsədi 6 sentyabr tarixində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin birgə toplantısında iştirak etməkdir.

Tədbir çərçivəsində "2017-2019-cu illər üçün Üçtərəfli Əməkdaşlıq Plana dair birgə sənəd imzalanacaq və bu barədə bəyanat veriləcək. 

Bununla belə, toplantıda əvvəlki görüşlərdə birgə razılaşma, üç ölkə arasında regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi və birgə layihələrdə mövcud vəziyyətin qiymətləndirilməsinə dair məsələlər müzakirə oluacaq.

Görüş çərçivəsində nazirin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.

Qeyd edək ki, tədbir Bakıda keçiriləcək.