Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Unikal.org azvision.az-a  istinadən xəbər verir ki, bu barədə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.

Bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Məlumata görə, görüş Müqəddəs Danil monastırında keçiriləcək.