Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.

Unikal.org xəbər verir ki, İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib.

Qeyd edək ki, Siyavuş Novruzov həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir(modern.az).