Azərbaycan Xarici İşlər Nazirliyi Myanmarda baş verən hadisələrə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev unikal.org-a bildirib ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığını ifadə edib.

"Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik", - deyə H. Hacıyev vurğulayıb.