Prezident İlham Əliyev Svazilendin kralı əlahəzrət III Msvatiyə məktub göndərib.

Unikal.org-un xəbərinə görə, məktubda deyilir:

"Əlahəzrət! Svazilend Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".