Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və erməni katolikosu II Qaregin sentyabrın 8-də Moskvada görüşəcəklər. Görüş Ümumrusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutacaq.

Bu dəfəki görüşün nəticəsi nə ola bilər?

Image result for asim mollazadəDemokratik İslahatlar Partiyasının sədri, Milli Məslisin deputatı Asim Mollazadə Unikal.org-a deyib ki, belə görüşlər sadəcə tərəfləri sülhə dəvət etmək məqsədi daşıyır: "Bildiyiniz kimi belə görüşlər bir neçə dəfə keçirilib. Azərbaycanın dini liderinin dəvəti ilə erməni kilsəsinin rəhbəri Bakıda da olub. Hesab edirəm ki, belə görüşlər münaqişənin həlli üçün müsbət atmosfer yaratmaq, tərəfləri sülhə dəvət etmək məqsədi daşıyır". 



Image result for elxan şahinoğluAtlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Unikal.org-a mövzu ilə bağlı şərh edərkən dini liderlərin görüşünün münaqişənin həllini sürətləndirləcəyini düşünmədiyini diqqətə çatdırıb: "Əsasən bu görüşlərdə provaslav kilsəsi iştirak edir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi başlayandan bu formatlı görüşlər keçirilir. Onların əsas hədəfi münaqişənini həll edilməsi deyil. Əsasən qan tökülməyin qarşısını necə almaq olar barədə fikir mübadiləsi aparırlar. Görünən odur ki, nəticə yoxdur. Düşünürəm ki, bu dəfəki görüşdə heç olmasa Allahşükür Paşazadə Dilqəmlə Şahbazın girovluqdan azad olunması məsələsini qabardacaq. Bəlkə bununla bağlı nə isə irəliləyiş olsun. Dini liderlərin görüşünün münaqişənin həllini sürətləndirəcəyini düşünmürəm". 

Həsən Babayev