NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında bu gün Bakıda görüş keçirilib.

Unikal.org-un xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər kontaktları davam etdirməyə qərar veriblər.

"Valeri Gerasimov və Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşün gedişində tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər", - deyə məlumatda bildirilir.